Müğənni Yaşar Cəlilov və prodüser Təranə Səmədova “Görüş yeri” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, tanınmışlar uzun müddətdir küsülü olduqlarını etiraf ediblər. Y.Cəlilov qarşı tərəfdən incidiyini deyib: “Rəfiqəsinin dediyi bir yalan sözə inanıb, mənə zəng vurmuşdu. Mənim adımdan Təranəyə bilmədiyi sözləri demişdi. Bizim yaxşı münasibətimiz var idi. Təranə zəng edib dedi ki, “Dağıstanda belə söhbətlər etmisən”. Həmin günü də ad günüm idi. Cavab verdim ki, “Ad günümdür, qanımı qaraltma”. Mənim də yanımda başqa jurnalistlər var idi. Söhbət böyüdü. İki xanım arasında qalmaq istəmədim. Təranə ilə bütün münasibətləri korladıq. Əgər dostum mənə güvənmirsə, onu silirəm”.

T.Səmədova isə həmin xanımın adını açıqlayıb: “Söhbəti çox böyütmək istəmirəm. Həmin xanım Günay İbrahimlidir. O vaxtlar Günay tanınmırdı”.

Sonda Y.Cəlilov və T.Səmədova barışıb.