
Son günlər izlənmə rekorduı qıran "Bozun əlli çaları" filminin baş rol ifaçısı Dakota Cons geyim tərzini dəyişib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, film artıq aktrisanın həyatını dəyişdirib.
Erotik səhnələri ilə diqqət çəkən filmdə çəkilən 25 yaşlı aktrisanın kariyerasında canlanma başlayıb.
Filmin qadın qəhrəmanı Anastasiya Stili rolunu canlandıran Dakota Cons qatıldığı qalalarda "filmin ruhuna uyğun" geyinməsi ilə diqqət çəkib.
Aktrisa London qalasına geyindiyi sinə dekolteli libası ilə nəzərləri üzərinə toplamağı bacarıb. O, avtomobildən enərkən geyiminin qurbanı olub.
Teleqraf.com təqdimatdan olan fotoları təqdim edir :
Rüstəm