Xalq artisti Mənsum İbrahimov formada qalmasının sirrini bölüşüb.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə "7 Tamam" verilişində qonaq olarkən danışıb. Xanəndə hər səhər yürüyüş etdiyini bildirib:
"10 ildən çoxdur ki, səhər 05:30-da Botanika bağında yürüyüş edirəm. Vərdiş edəndə problem olmur. Bəzən bərk yağış yağanda gedə bilmirəm, həmin gün hiss edirəm ki, nəsə çatmır"