BAKI, 26 sentyabr. TELEQRAF

"BMT və onun üzv dövlətləri Yaxın Şərqdəki xoşagəlməz tendensiyaları aradan qaldırmaq üçün standart addımlar atmalıdırlar".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində bildirib.

"BMT və hamımız, üzv dövlətlər, Yaxın Şərq və ətraf ərazilərdəki mənfi tendensiyaları aradan qaldırmaq üçün təcili və innovativ addımlar atmalıyıq. Bu, təkcə Fələstinə deyil, həm də münaqişələrin qızışdığı Livan, Suriya, Yəmən, İraq, Sudan, Somali, Cənubi Sudan və digər Afrika ölkələrinə də aiddir", - deyə o bildirib.