BAKI, 26 sentyabr. TELEQRAF
"Müharibə cinayətkarları BMT kürsüsündə deyil, məhkəmə zallarında olmalıdırlar".
Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 29-cu Beynəlxalq Biznes Forumunun bağlanış mərasimində bildirib.
"Müharibə cinayətkarları BMT kürsüsündə olmamalıdırlar, onların yeri məhkəmə zallarındadır və orada tökdükləri qana görə cavab verəcəklər", -deyə o qeyd edib.
Türkiyə prezidentinin sözlərinə görə, soyqırımı törədənlər ədalət və tarix qarşısında məsuliyyət daşımasalar, bu cür cinayətlər təkrarlana bilər.
Ərdoğan həmçinin bildirib ki, Fələstin xalqı tək deyil və dəstəksiz qalmayıb: "Qəzzadakı qardaş və bacılarımız ədalət uğrunda mübarizədə tək deyillər".
Onun sözlərinə görə, region böhranların tammiqyaslı fırtınasını yaşayır və Türkiyə baş verən hadisələrin mərkəzindədir.