Bu gün xalq artisti Nisə Qasımova doğum günündə süprizlə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, 61 yaşı tamam olan müğənni gecə yarısı ona edilən süpriz videonu sevənləri ilə paylaşıb. “Gözlənilməz ad günü sürprizi üçün o gözəl şəxsiyyətə dərin təşəkkürlər” sözlərini də yazmağı unutmayan müğənni ona sosial şəbəkə vasitəsilə çoxlu sayda mesaj göndərildiyinə də diqqət çəkib.

Qeyd edək ki, Nisə Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olunub. 9 yaşında xorun gənc solisti olub. Məxsusi olaraq onun üçün yazılan “Günəş adlı yaxın dostum var mənim” mahnısı ilə müxtəlif konsert proqramlarında çıxış edib. 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəzdindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət olunub. 1972-1973-cü illərdə bir-birinin ardınca səsləndirdiyi “Ay ellər”, “Sənsən həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilib və müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edib.

Teleqraf.com həmin videonu təqdim edir

Pərvin