
“Ceyms Bond” barədə sayca 24-cü filmin çəkilişlərindən ilk kadrlar yayımlanıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni videoda filmin kadrarxası görüntüləri əks olunub. Avstriyada qarlı dağların fonunda çəkilmiş kadrlar filmin rəsmi Twitter hesabında yayımlanıb.
“007: Spektr” adlanan filmin rejissoru Sem Mendes olacaq. Filmdə agent Bond rolunu son iki filimdə olduğu kimi Deniel Kreyq canlandıracaq. Bundan əlavə filmdə Rori Kinnir, Ben Uişou, Reyf Fayns, Endryu Skott, Deyv Batista, Lea Seydu, Monika Belluçi və Kristof Valsda çəkiləcək.
Qeyd edək ki, Ceyms Bond haqqında çəkilən yeni bədii film tarixdə ən bahalı ekran əsəri olacaq. Filmin premyerası 2015-ci il noyabrın 6-na planlaşdırılıb.