Məşhur müğənni Demet Akalın qızı haqqında danışıb.

Teleqraf.com “Radikal”a istinadən xəbər verir ki, “İkinci səhifə” verilişinə qonaq olan ifaçı qızının bədənindəki şişin xoşxassəli olduğunu söyləyib:

“Qızımın bədənindəki şişin adı hemanjiomdur. Xoşxassəli şişdir. Ağ bədənli körpələrin 80%-də olurmuş. Əvvəl kiçik idi, sonra böyüməyə başladı. Tez-tez qızım ağlayırdı, çox çətin günlər keçirdik. Əsas odur ki, dərmanı tapıldı, hazırda səhhəti yaxşıdır. Üç gün xəstəxanada yatdıq. Gülərkən, əylənərkən içim qan ağlayırdı. Amma indi yaxşıyıq”.

Xatırladaq ki, Demet Akalın mayın 1-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək.

Rüstəm