
“O səs Türkiyə”də yeganə azərbaycanlı olaraq yarışmanı davam edən Elnur Hüseynov dörddəbir final mərhələsində səhnəyə çıxıb.
Teleqraf.com-un məlumatına görə, Ebru Gündeşin komandasında yarışan həmyerlimiz Şəbnəm Fərahın “Gözlerimin etrafındakı çizgiler” mahnısını səsləndirib.
Proqramın qaydalarına əsasən səhnədə digər komandanın ifaçıları ilə yarışan E.Hüseynov dördlüyün ikincisi olaraq növbəti canlı efirə vəsiqə qazanıb.