AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov Teleqraf.com-a açıqlamasında Rüfət Həmzəyevin artıq televiziyada fəaliyyət göstərmədiyini vurğulayıb.

Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ildən bu vəzifədə çalışıb.