BAKI, 13 avqust. TELEQRAF

Bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ” “Dinamo Kiyev” ilə qarşılaşacaq.

Teleqraf xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azersun Holdinq”in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq.

Fan zonada əyləncəli proqram 13 avqust 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, DJ performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixində adını qızıl hərflərlə yazdırıb.