BAKI, 13 avqust. TELEQRAF

Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınır.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu fakt 5-11 avqust tarixlərində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında aparılan növbəti çöl tədqiqatın nəticəsində qeyd alınıb.

Məlumata əsasən müəyyən sahələrdə buzlaq səhtinin qalınlaşması müşahidə edilsə də, buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi qeydə alınıb.

"Tufandağ buzlağında müşahidə olunan dəyişikliklər Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim üzrə hesabatlarında əks olunan tendensiyalarla da uyğunluq təşkil edir", - məlumatda vurğulanıb.