BAKI, 13 avqust. TELEQRAF

İran və ABŞ qapalı danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi məlumat verib.

Diplomatın sözlərinə görə, münaqişə tərəfləri hazırda qapalı məsləhətləşmələri davam etdirirlər. Təmaslarda irəliləyiş olub-olmadığı soruşulduqda, o, müsbət cavab verib.

Tirmizi danışıqların yerini açıqlamaqdan imtina edib: “Bu, açıq məlumat deyil, amma bunun üzərində işləyirik”.