BAKI, 13 avqust. TELEQRAF
Qırğızıstanda yanacaq və sürtkü yağlarının qiymətləri 10-13 avqust tarixləri arasında sabit qalıb, Mərkəzi Asiyanın digər ölkələrində isə qiymətlər bu dövrdə dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan İqtisadiyyat Nazirliyinin Antiinhisar Tənzimləmə Xidməti məlumat yayıb.
Qırğızıstanda Aİ-92 benzininin litri 86,9 som, Aİ-95 benzininin litri 109,9 som, dizel yanacağı 99,9 som, maye qazın qiyməti isə 48,8 somdur.
Tacikistanda Aİ-92 benzininin qiyməti təxminən 3,9 faiz, Aİ-95 benzininin qiyməti isə 3,5 faiz artıb. Özbəkistanda Aİ-92 benzininin qiyməti təxminən 3,9 faiz artıb.
Qazaxıstanda Aİ-92, Aİ-95 və dizel yanacağının qiymətləri 1 faizdən az artıb.