BAKI, 13 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Su-27 qırıcı təyyarəsinin pilotu Rusiya ordusunun dron operatorlarının yerləşdiyi komanda məntəqəsini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Oleksandr Dovxaç adına 39-cu Taktiki Aviasiya Briqadası məlumat yayıb.
“Ukrayna Hərbi Hava Qüvvələrinin pilotu Rusiya qoşunlarının şəxsi heyətinin, o cümlədən dron operatorlarının yerləşdiyi idarəetmə məntəqəsinə aviazərbə endirib”, - açıqlamada bildirilib.
Ekipaj zərbə zamanı iki idarəolunan aviasiya bombası atıb.
Briqadanın məlumatına görə, zərbə nəticəsində hədəf tamamilə məhv edilib, içəridə olan Rusiya hərbçiləri isə zərərsizləşdirilib.