BAKI, 13 avqust. TELEQRAF
Gürcüstan daşqın təhlükəsi səbəbindən Rusiya ilə sərhəd-keçid məntəqəsini bağlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Devdorakidə quraşdırılmış və çay yatağında ən kiçik dəyişiklikləri belə aşkarlayan erkən xəbərdarlıq sistemi siqnal alıb. Protokola uyğun olaraq, həmin vaxt nəzarət məntəqəsində olan vətəndaşlar, patrul polisi əməkdaşları, sərhəd polisi və orada işləyən özəl şirkətlərin nümayəndələri təxliyə edilib”, - açıqlamada bildirilib.
Təhlükəsizlik səbəbi ilə sərhəd kəndi Qveleti ətrafında nəqliyyat vasitələrinin hərəkəti də məhdudlaşdırılıb.