Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.

O, videonun yeni olmadığını bildirib:

“Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək”.

***

09:23

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.

Teleqraf.com xəbər verir ki, dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.

"Titul"a istinadla Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik: