
Hollivudun tanınmış aktyoru Nikolas Keycin oğlu aktyor və musiqiçi Ves Keyc yaşadığı çətinliklərdən danışıb.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, aktyorun oğlu People jurnalına müsahibəsində həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
O, "gün ərzində ən azı 30 şüşə pivə, bir şüşə şərab və viski içirdim. Əsl içki düşkünü olmuşdum" deyib.
24 yaşlı aktyor spirli içkidən bir dəfəlik imtina etməsinin səbəbini deyib:
"Ailəm mənim üçün daha dəyərlidir. Səhv etdiyi anladım. Ətrafımdakı pis insanlardan uzaq durmaq qərarlaşdırdım".
Qeyd edək ki, aktyor 2011-ci ildə keçmiş həyat yoldaşı Nikki Villiamı döydüyünə görə həbs olunmuşdu.
Rüstəm