
Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin əməliyyat üçün getdiyi Mayamidən ilk fotoları yayılıb.
Teleqraf.com xəbər verir ki, müalicəsi davam edən məşhur sənətçi həkimin müayinəsində olarkən görüntülənib. Şəkildə həkimin yanında iş adamı İbrahim Ərdəmoğlu, Dr. Səza Güleç də olub.
Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan və başından yaralanan məşhur sənətçi uzun müalicədən sonra sağlamlığına qovuşub. Ancaq qırılan kəllə sümüyünün parçalarından biri riskli olduğu üçün çıxarılmamışdı.
Rüstəm