Türkiyənin məşhur aktrisası Dəniz Çakır evlənir.

Teleqraf.com xəbər verir ki, aktrisa bir müddətdir sevgili olduğu Bilgehan Baykal ilə evlilik qərarı alıb.

"Anidən insanın qarşısına düzgün insan çıxa bilir", - deyə vurğulayıb.

Qeyd edək ki, Dəniz Çakır "Yaprak dökümü" serialından Ferhunde obrazı ilə məşhurlaşıb.