Dünya şöhrətli “Akcent” qrupu Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, "Akcent” qrupu martın 4-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Pop musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb.