Məşhur sənətçi Sibel Can 8 Mart Beynəlxalq Qadınlar günü Azərbaycanda verəcəyi konsertin gəlirini zəlzələ qurbanlarına bağışlayacaq.

Teleqraf.com xəbər verir ki, müğənninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq.

Tədbirdən əldə etdiyi qazancı AFAD-ın hesabına köçürməyi planlayan ifaçı “Kədərimizin çarəsizliyə çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var”, - deyə vurğulayıb.