Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə ad çəkmədən ismarış göndərib:
"Mənə yazırlar ki, köhnə mahnılarınız hardadır? Bilirsiniz köhnə mahnılar nə vaxt gələcək?! Gözəl stress keçirən, gözəl sevən, saçında qaynağın olmayan vaxt, dırnağın özünkü olanda gələcək. Biz hər gün böyüyürük. Niyə biz həmişə keçmişdə qalırıq. Köhnə mahnını oxuyub Röya olmuşam, bu gün adıma görə qazanıram da. Əvvəl qazancımı adıma qoyurdum, bu gün adımla qazanıram. Hər gün çıxan musiqinin bir adı var. Adama deyərlər ki, niyə sən keçmişdə qalmısan?! Yaxud da sən keçmişdə qalmısan, mən qalmalıyam?! Niyə?! Onsuz da mənə qulaq asanlar bilir ki, lirika anasıyam.
Amma mən insanlar xoşbəxt olan günləri dəvət alıram. Bütün gecəni lirika oxuya bilmərəm. Fikrinizi bildirəndə bilin ki, bizim də bir əziyyətimiz var. Məgər hər geyindiyin paltar sənə yaraşır? Hər dediyin sözmü sənə yaraşır? Mənimlə mübahisə edəcəksən? Mənə qaldı sənin ağlın? Məncə, ağlınızı həyatınıza istifadə edin, çünki həyatımda yetərincə ağlımı istifadə etmişəm. Doğru sevmişəm, doğru seçim etmişəm və hər zaman da ürəyinizi oxumuşam. Hər kəsi olduğu kimi qəbul edib işinə hörmətlə yanaşaq".