Türkiyəli məşhurlar Azərbaycana başsağlığı veriblər.

Teleqraf.com xəbər verir ki, Seda Sayan İnstaqram səhifəsində "Başımız sağ olsun, Azərbaycan" deyə vurğulayıb.

Hadisə İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmasını arzu edirəm. Başsağlığı verirəm".

TV 8 televiziyasının rəhbəri Acun Ilıcalı "Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm"-deyib.

Müğənni Demet Akalın "Azərbaycan 50 şəhid...Başınız sağ olsun", - vurğulayıb.

Müğənni Özcan Dəniz isə "Can Azərbaycan başın sağ olsun. Kədərinizi paylaşırıq və şəhidlərimizə rəhmət, bütün Azərbaycan xalqına səbr diləyirəm", - deyə qeyd edib.

Müğənni Alişan "Can Azərbaycan şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - yazıb.