Türkiyəli məhşur müğənni Gülşən ev həbsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, ifaçı konsertlərindən birində “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə zarafat etmişdi.

Sənətçi “xalqı kin və düşmənçiliyə sövq etmək”də şübhəli bilinərək həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.