Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib:

"Atamın səhhəti çox pisdir. Özəl xəstəxanada deyilik, beş gündür, Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasındayıq. Atamın koronavirusa yoluxması haqda yayılan xəbər də düzgün deyil. Dünən axşam COVID-19 testini götürdülər, hələ ki analizin cavabı çıxmayıb".