Xalq artisti Röya Ayxan ilk dəfə Türkiyədə solo konsert verəcək.

Teleqraf.com xəbər verir ki, estrada ulduzu Azərbaycanda qeyd olunan Milli Musiqi Günü - 18 sentyabrda İstanbulda səhnəyə çıxacaq.

Musiqili gecə “Turkcell Vadi” açıq hava konsert salonunda baş tutacaq.