Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gələn türkiyəli məşhur aktrisa Öykü Çelik ölkəmizdən yazıb.

Teleqraf.com xəbər verir ki, aktrisa İnstaqram hesabında foto paylaşaraq "Həyatımda ilk dəfə başqa bir ölkəyə gəlib, özümü öz məmləkətimdə hiss etdim. Bu hissi ifadə edə bilmirəm, amma nə demək istədiyim anladım, evim kimi... Bakıya üç gündən sonra vəda edirəm. Möhtəşəm şəhər, möhtəşəm insanlar...Çox sağ ol, canım Azərbaycan!" qeydini yazıb.

Aktrisa “Ferrari” komandasın dəstəklədiyini bildirib.