Xalq artisti Röya Ayxan yeni duet layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, pop ulduz ilk dəfə Nuri Sərinləndirici ilə bir araya gələrək “Bir gün” mahnısını səsləndirib.
Sözügedən bəstənin müəllifləri Orxan Mürvətli və Fərid Kərimlidir. “Bir gün” ötən gün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, Röya sonuncu dəfə ötən ilin yanvarında Raufla duet oxumuş, “Olarmı” adlı mahnı uğur qazanmışdı.