Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan "Söz-baz" verilişində musiqi sahəsindən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri deyib: "İki il çox passiv həyat keçirdim. Hazırda musiqi sahəsində nələr baş verir?! Çox bərbaddır. Arada adam nəsə etmək istəyir. İnşallah, tezliklə bu faciə keçib gedər. Yaxşı musiqilər yenidən bərpa edilər.
Bütün dünyada vəziyyət belədir, durğunluqdur. Ulduzlar nəsə edirlər, amma heç nəyə güc sərf etmirlər. Çünki yutubdan, sosial şəbəkələrdən onun-bunun mahnısını oxuyub gələnlər var. Röya Ayxan əziyyət çəkib 10 minə mahnı alır, 15 min manata mahnı aranjeman edilir. Mahnı 30-40 min manata baş gəlir. Bir qız gitara ilə sənin mahnını oxuyur. Sanki biz o tərzdə mahnını oxuya bilməzdik. Ona görə də hazırda o gənclərin vaxtıdır. Amma yaxşı gənclər də var".
Xalq artisti uşaqlıq xatirələrindən də danışıb: "Gəncədə anamdan çox mən olmuşam. Anam 30 il atamda ərdə olub. Onun 12 ilini döyülüb, birlikdə Gəncəyə gəlmişik. Ona görə də mən gəncəli sayılıram".
1