Xalq artisti Tünzalə Ağayeva həmkarı Röya Ayxanı İnstaqramda dostluqdan çıxarmasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva "Şourum" verilişində həmkarı haqqında bu sözü deyib:
"Röya Ayxan, sən İnstaqramda hamını sıfırlayanda bilmirdin ki, mən də çıxaracam. Bilirəm ki, o nə cavab verəcək. Türkiyədən bir şirkət edib. Hələ də Röya ilə öpüşüb-görüşürük, gözləyir ki, bir duetin mahnısını təklif edim, üçüncü-dörüncü mövzuya baxırıq. Məni İnstaqramda sıfırlamasının səbəbini desin, sonra zəng edin, cavabını deyim. Hazırda səhifəsini sıfırlayıb, mən də dedim ki, necə salam verirsən, elə də cavab alırsan".