
Xalq artisti Könül Xasıyevadan xəbər var.
Teleqraf.com-un məlumatına görə, bu ay atasını itirən muğam ifaçısı ötən gün marketdə xalq artisti Naibə Allahverdiyeva ilə qarşılaşıb.
Aktrisa bildirib ki, Könül Xasıyeva səhhətinin normal olduğunu deyib.
Qeyd edək ki, Könül Xasıyeva uzun müddətdir onurğa iflicindən əziyyət çəkir. Onun atası Kazım bəy yanvarın 12-də dünyasını dəyişib.