“Atam Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi Şaxta babalıq mənə daha çox yaraşır. O zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri xalq artisti Rafael Dadaşov “Hüseynova bacıları” verilişində deyib:
“Naxçıvandan gəlmişdim, 1- 2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?!
Əlimdə ağac, çamadanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim. Xüsusi sifariş deyildi. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır”.