BAKI, 13 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının aviasiyası Yəmənin paytaxtı Səna şəhərinin qərbində husilərin nəzarətində olan neft anbarına üç zərbə endirib.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası irimiqyaslı hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar mülki şəxsləri Sənadakı Yəmən neft şirkətinin obyektini tərk etməyə çağırıb.
Səudiyyə Ərəbistanının qırıcıları qərbdəki Hüdeydə vilayətində Yəmən neft şirkətinin stansiyasına zərbələr endirib.