BAKI, 13 oktyabr. TELEQRAF
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, jurnalist Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiri kimi Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçib və Saxalində fəaliyyət göstərib.
Məlumata görə, jurnalist Yaponiyanın xüsusi xidmət orqanlarının maraqları naminə casusluqda şübhəli bilinir.
O, Rusiyanı tərk etməyə hazırlaşarkən Saxalində saxlanılıb.