TBİLİSİ, 15 may. TELEQRAF
Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana 3,98 milyon ABŞ dolları köçürülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
Aylıq müqayisədə pul köçürmələrinin həcmi 16,3%, illik müqayisədə isə 6,61% artıb. Ötən ay Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 1,35% təşkil edib.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 4,86 milyon ABŞ dolları pul köçürülüb ki, bu da aylıq müqayisədə 19,7% çoxdur.
Apreldə xarici ölkələrdən Gürcüstana ümumilikdə 295,54 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. Gürcüstandan xarici ölkələrə köçürülən pul vəsaitlərinin həcmi isə 31,9 milyon ABŞ dollarına bərabər olub.