BAKI, 19 noyabr. TELEQRAF

ABŞ yaxın vaxtlarda dünyanın iri dövlətləri ilə bir sıra yeni ticarət sazişləri imzalayacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında bildirib.

“Yaxın gələcəkdə dünyanın ən böyük dövlətləri ilə çoxsaylı ticarət sazişləri imzalayacağıq”, – Tramp vurğulayıb.

ABŞ lideri hazırda sammit iştirakçılarından bir neçəsi ilə danışıqlar aparıldığını qeyd etsə də, konkret ölkələrin adlarını açıqlamayıb.