BAKI, 19 noyabr. TELEQRAF
Çin Asiya-Sakit okean regionunun inkişafı naminə bütün tərəflərlə hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında bildirib.
“Biz Asiya-Sakit okean birliyinin dörd əsas dayağını gücləndirmək üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırıq”, – Çin lideri vurğulayıb.
Si Cinpin qeyd edib ki, ilk növbədə ticarət-iqtisadi əməkdaşlıq gücləndirilməlidir. Onun sözlərinə görə, regionda azad ticarət zonasının yaradılması APEC üzvlərinin ortaq məqsədidir.