BAKI, 19 noyabr. TELEQRAF
ABŞ-nin “Corc Vaşinqton” (George Washington) aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Fars körfəzini tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İranın dəniz blokadasında iştirak edən aviadaşıyıcı qrupunun Yaponiyadakı daimi dislokasiya məntəqəsinə – Yokosuka hərbi dəniz bazasına qayıtdığı ehtimal olunur.
Qeyd edək ki, “Corc Vaşinqton” avqust ayında Yaxın Şərqə göndərilmişdi.
Onun bölgədən çıxarılmasından sonra Yaxın Şərqdə ABŞ-nin “Corc H. V. Buş” (George H. W. Bush) və “Teodor Ruzvelt” (Theodore Roosevelt) aviadaşıyıcılarının rəhbərlik etdiyi iki zərbə qrupu qalacaq.
Məlumat “Bloomberg”in ABŞ rəsmilərinə istinadən yaydığı xəbərlə də təsdiqlənir.