BAKI, 19 noyabr. TELEQRAF

Asiya-Sakit okean regionunda ticarət və investisiyalara maneələrin aradan qaldırılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında bildirib.

“Regionda müxtəlif iqtisadi və ticarət sazişlərinin uzlaşdırılması, ticarət və investisiyaların inkişafının təşviqi, rəqəmsallaşmanın sürətləndirilməsi, eləcə də ticarət və investisiya sahəsində maneələrin azaldılması üçün səylər göstərilməlidir”, – Çin lideri vurğulayıb.