BAKI, 19 noyabr. TELEQRAF

Rusiya dünyaya açıq qalmağa və eyni zamanda iqtisadi potensialını gücləndirməyə çalışır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclasında bildirib.

“Rusiya dünyaya açıq qalmağa çalışır və eyni zamanda öz iqtisadi potensialını gücləndirir”, – Putin vurğulayıb.