BAKI, 19 noyabr. TELEQRAF
“Zəngilandan çıxanda 32 yaşım var idi. Şükür bugünkü günümüzə ki, doğma yurdumuza qayıdırıq”.
Teleqraf xəbər verir ki, bu sözləri Cahangirbəyli kəndinə köç edən Əjdər Alıyarov jurnalistlərə açıqlamasında deyib.
Torpaqlarımızın işğaldan azad olunmasına Prezident İlham Əliyev və ordumuza təşəkkürünü bildirən Əjdər Alıyarov şəhidlərin əziz xatirəsini yad edib:
“Cənab Prezidentimizi, Birinci vitse-prezident Mehriban xanımı və ordumuzu Allah qorusun ki, bu günləri bizə qismət etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin.
Özüm Əfqanıstan veteranıyam. Təəssüflər olsun ki, müəyyən səbəblərə görə Vətən müharibəsində iştirak edə bilmədim. Amma sağ olsunlar ki, gənclərimiz bu torpağı alıb bizə qaytardılar. Allah sağ-salamat olanların ömrünü uzun eləsin.
Bu gün doğma yurduma qayıdıram, bundan böyük xoşbəxtlik yoxdur. Qalan ömrümü torpağımda yaşayıb-yaradacam”.
Qeyd edək ki, bu gün Soltanlı kəndinə 16 ailə, Cahangirbəyli kəndinə 19 ailə köçürülüb.