BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycan və Misir arasında əməkdaşlığın əsas istiqamətlərindən biri neft sektorudur.
Bunu Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda Teleqraf-a müsahibəsində bildirib.
"Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi Azərbaycana uğurlu səfəri çərçivəsində Bakı Enerji Forumunda iştirak edib. Səfər zamanı nazir konstruktiv görüşlər keçirib və enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Düşünürəm ki, tezliklə bu sektorda aramızda gözlə görünən nəticələr olacaq",- o deyib.
Diplomat qeyd edib ki, Misir əczaçılıq sənayesində də uğurlu nəticələr əldə edib və artıq ölkənin 100-dən çox dərman vasitəsi Azərbaycanda qeydiyyatdan keçib.
Səfir bu vacib sektorda əməkdaşlığı genişləndirmək üçün mövcud maneələrin aradan qaldırılmalı olduğunu vurğulayıb.