BAKI, 5 oktyabr. TELEQRAF

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda Bakı ilə Qahirə arasında birbaşa aviareyslərin açılacağına ümid etdiyini bildirib.

Bu barədə diplomat Teleqraf-a müsahibəsində bildirib.

O deyib ki, Azərbaycan-Misir əməkdaşlığının inkişafı üçün müəyyən edilmiş vizyon həyata keçirilməli və verilən göstərişlərə ciddi şəkildə əməl olunmalıdır:

"Əməkdaşlıq sahəsi olduqca genişdir və demək olar ki, bütün istiqamətləri əhatə edir. Ümid edirik ki, çox yaxın vaxtlarda Bakı ilə Qahirə arasında birbaşa aviareyslərin açılmasının şahidi olacağıq".

Səfir Azərbaycanda daha çox Misir məhsullarının, xüsusilə əczaçılıq preparatlarının olmasını arzuladıqlarını bildirib.

O, qarşılıqlı investisiyaların, mədəni səfərlərin və sərgilərin təşkilinin də prioritet olduğunu deyib.