BAKI, 5 oktyabr. TELEQRAF
Bu gün Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Abbas Səhhət küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.