BAKI, 30 sentyabr. TELEQRAF

Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən diametri 200 mm olan içməli su xəttində qəza baş verib.

Bu barədə Teleqraf-a İri Şəhərlərin Su Təchizatı" MMC-dən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı rayon sukanal idarəsinə məlumat daxil olan kimi qəza briqadası hadisə yerinə cəlb olunub. Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.