BAKI, 26 sentyabr. TELEQRAF
Ukrayna rəhbərliyi Rusiya ilə bir neçə istiqamətdə atəşkəs məsələsini yenidən fəal şəkildə gündəmə gətirib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kiyev enerji infrastrukturu və hava məkanında qarşılıqlı hücumların dayandırılmasını, həmçinin Rusiyanın Qara dənizdə Ukrayna sahillərinə tətbiq etdiyi blokadanın aradan qaldırılmasını istəyir.
Putin iddia edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ordusunun hücumlarına verdiyi cavab Kiyevi atəşkəs istəməyə məcbur edib.
Ukrayna tərəfinin bu açıqlamaya münasibəti təqdim olunan məlumatda yer almayıb.