BAKI, 26 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə yönələn iki pilotsuz uçuş aparatını (PUA) və bir ballistik raketi zərərsizləşdirib.
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da səhər saatlarında Ər-Riyad istiqamətində uçduğu ehtimal edilən iki PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Bundan başqa, ölkənin cənub-qərbində yerləşən Xamis-Muşayt şəhərinə doğru atılan ballistik raket də zərərsizləşdirilib.
Hücumların mümkün nəticələri və PUA-larla raketin haradan buraxıldığı barədə əlavə məlumat verilməyib.