BAKI, 26 sentyabr. TELEQRAF
Konqo Demokratik Respublikasında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Radio Okapi” məlumat yayıb.
Bildirilib ki, “Tracep” aviaşirkətinə məxsus təyyarə Kvanqo əyalətinin inzibati mərkəzi olan Kenqe şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 13 nəfərin hamısı həyatını itirib. Həlak olanlar arasında hərbi zabitlər də var.
Məlumata görə, təyyarənin qəzaya uğradığı ərazidə olan sakinlərdən xəsarət alan olmayıb.