BAKI, 23 sentyabr. TELEQRAF

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov BMT-də çıxışında deyib.

“Beynəlxalq ictimaiyyətin istədiyi islahat Təhlükəsizlik Şurasının genişləndirilməsidir. Əhalisi 1 milyarddan çox olan Afrika qitəsinə iki, Latın Amerikasına isə bir daimi yer verilməsinin ədalətli olduğunu düşünürəm. Bu gün dünya dəyişib. Buna görə də bəzi inkişaf etmiş ölkələr də Təhlükəsizlik Şurasına üzv olmaq istəklərini ifadə edirlər”, - dövlət başçısı bildirib.

Sadır Japarov əlavə edib ki, bu ölkələrin müraciətlərini də nəzərə almaq lazımdır.